Obama Kubanı terrorçuluğu maliyyələşdirən ölkələrin siyahısından çıxarır
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Kubanı terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarmaq qərarına gəlib.
APA TV-nin “Associated Press”ə istinadən xəbərinə görə, müvafiq sənəd artıq Konqresə təqdim edilib.
Məlumatda qeyd edilir ki, Kubanın terroru maliyyələşdirən ölkələrin siyahısından çıxarılması ABŞ-Kuba münasibətlərinin normallaşdırılmasında çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Kuba Xarici İşlər Nazirliyi ABŞ prezidentinin bu qərarını alqışlayan bəyanat yayıb.
İndi Konqres 45 gün ərzində qərar çıxarmalıdır. Həmin müddətdə konqresmenlər prezidentin təşəbbüsünü qəbul edə də, etməyə də bilərlər.
Barak Obama bu qərara Panamada Kuba lideri Raul Kastro ilə görüşdən sonra gəlib.
Xatırladaq ki, iki dövlətin başçıları son 50 ildə ilk dəfə aprelin 12-də Panamada görüşüblər.