ABŞ Dövlət Departamentinin sözçüsü “soyqırım” kəlməsini işlətməyib

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf keçirdiyi brifinqdə uydurma “erməni soyqırımı” mövzusunda suallara cavab verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sözçüyə Roma Papasının 1915-ci il hadisələrini soyqırım adlandırdığı xatırladılaraq, Vaşinqtonun mövqeyi barədə sual ünvanlanıb.

 

Mari Harf prezident Obama və ABŞ rəhbərliyinin Osmanlı imperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul etdiyini söyləyib: “Biz gerçəklərin tam, ədalətli və səmimi şəkildə qəbul olunmasının Türkiyə, Ermənistan və Amerika daxil olmaqla, hər kəsin mənafeyinə uyğun olduğunu bildirmişik. Biz ölkələrin öz keçmişlərinin acı səhifələrini qəbul etməsi ilə irəliləyə bildiyinə və güclü olduqlarına inanırıq. Bunu etmək fərqli və daha tolerant gələcək inşa etmək üçün əsasdır”.

 

Mari Harf jurnalistin israrlarına baxmayaraq, “soyqırım” kəlməsindən istifadə etməyib.

Müəllif | Apa.Tv
Apa.tv