Hələb xarabalığa döndü, ölənlərin sayı bilinmir - REAL GÖRÜNTÜ
Sosial şəbəkələrdə yayılan bu görüntülər Suriyanın Hələb şəhərindəki son vəziyyəti əks etdirir.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, şəhərin bombalanmasını hökumət qüvvələri ilə müxalifət birlikləri bir-birinin üzərinə atırlar. Hələb isə artıq xarabalığa çevrilib.
Sakinlər arasında vahimə yaşanır. Onlar başlarını götürüb hara gəldi qaçırlar. İnsan itkilərinin sayı bilinmir. Bildirilir ki, təkcə xristianların yaşadığı məhəllədə 11 nəfər həyatını itirib. Şəhər davamlı olaraq atəş altında saxlanılır. Bu isə yaralılara kömək etməyə imkan vermir. Hələb humanitar yardımdan da məhrum olub. Bu arada şəhərin iki hissəyə bölündüyü deyilir. Hələbin qərbində yerləşən məhəllələr Suriya ordusunun, şərqində yerləşən ərazilər isə müxalif üsyançıların əlindədir.
Bu arada ABŞ Mərkəzi Komandanlığının da yaydığı kadrlar görüntülənib. Koalisiya qüvvələri əsasən İŞİD-in nəzarətində olan bölgələri bombalayır.