Xaçmazda yüklə dolu maşın yandı

Xaçmaz. Vəli Turan - APA. Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində avtomobil yanıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya vətəndaşına məxsus yüklə dolu “Volvo” markalı yük maşını yanıb.

 

Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan