İŞİD-ə qoşulmaq istəyən britaniyalı deputatın oğlu tutuldu
Türkiyənin ölkədən deportasiya etdiyi Britaniya vətəndaşları Mançester aeroportunda təyyarədən enən kimi saxlanılıblar.
APA TV-nin məlumatına görə, həmin şəxsləri Türkiyə tərəfi ölkə sərhədini keçib Suriya ərazində İŞİD-ə qoşulmağı planlaşdırdıqları üçün deportasiya edib.
Mançester polisinin həbs etdiyi şəxslər qohumdur. Onların arasında dörd uşaq da var. Saxlanılanlardan biri, 21 yaşlı Vahid Əhməd İngiltərənin Roçdeyl şəhər şurasının Leyboristlər Partiyasından deputatı Şakil Əhmədin oğludur.
Xatırladaq ki, araşdırmalar görə, Suriya və İraqda vuruşan terror qruplaşmalarının tərkibində 600-ə qədər Britaniya vətəndaşının olduğu deyilir. Onların əksəriyyəti adı çəkilən ölkələrin ərazisinə Türkiyədən keçiblər. Rəsmi Ankara hesab edir ki, belə halların qarşısının effektiv şəkildə alınması üçün onlara Qərb xüsusi xidmət orqanlarının mütəmadi informasiya verməsi vacibdir.