Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı
Misirin keçmiş prezidenti Hüsnü Mübarək ölüb.
APA TV-nin məlumatına görə, bu barədə İranın "Fars news" agentliyi xəbər yayıb. Məlumatı Misir hökuməti hələ ki, rəsmi təsdiqləməyib.
Qeyd edək ki, 87 yaşlı sabiq prezident 30 il - 1981-2011-ci illərdə Misir dövlətinə rəhbərlik edib, daha sonra inqilab yolu ilə devrilərək həbs edilib. Məhkəmə onu öncə həbs etsə də, daha sonra sərbəst buraxıb. Mübarək uzun müddət idi ki, xəstə idi.