Ukraynada sabiq deputat öldürüldü, gəlini qarət olundu

Kiyevdə Regionlar Partiyasının sabiq deputatı güllələnib. APA TV-nin Ukrayna mətbuatına istinadən xəbərinə görə, Ali Radanın keçmiş üzvü, Anti-Maydan hərəkatının liderlərindən olan Oleq Kalaşnikov öz mənzilinin qarşısında qətlə yetirilib.

 

Hadisə aprelin 15-də baş verib. Sabiq deputat axşam saatlarında yaşadığı binanın qarşısına gəlib və 8-ci mərtəbəyə qalxıb. Liftdən çıxan kimi naməlum şəxs ona odlu silahdan atəş açıb. Kalaşnikov hadisə yerində həyatını itirib.

 

Qeyd edək ki, qətldən az sonra qəribə hadisə baş verib. Oleq Kalaşnikovun gəlini cinayət hadisəsi baş verən binanın qarşısında qarət olunub. Naməlum şəxs onun əlindən çantasını alaraq qaçıb. Həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları qətl baş verən mərtəbədə kriminal ekspertiza keçirirmiş.

Müəllif | Apa.Tv
Apa.tv