Davudoğlunun erməni müşaviri işdən çıxarıldı

Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri Etyen Mahçupyan vəzifəsindən ayrılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, erməni əsilli siyasətçi yaş həddi ilə əlaqədar tutduğu vəzifəsindən getməli olub.

 

Etyen Mahçupyan açıqlamasında xəbəri təsdiqləyib: “Martın 9-da avtomatik olaraq yaş həddi ilə əlaqədar vəzifəmi tərk etmişəm. Mən dövlət məmuru idim, bundan sonra isə sərbəst fəaliyyət göstərəcəyəm və ölkədən kənarda çalışacağam. Mənim üçün tək bir dəyişiklik budur ki, artıq maaş almıram”.

 

Qeyd edək ki, bu günlərdə erməni siyasətçi qondarma "erməni soyqırımı" ilə bağlı açıqlama vermiş və türklər tərəfindən yüz minlərlə erməninin öldürüldüyünü iddia etmişdi: "Bosniya və Afrikada yaşananların soyqırımı olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırımı deməmək mümkünsüzdür".

Müəllif | Apa.Tv
Apa.tv