İŞİD-ə qoşulan məşhur avstraliyalı model öldürüldü

İŞİD sıralarına qatılan məşhur avstraliyalı model Şarki Jama Suriyada öldürülüb.

 

APA TV-nin məlumatına görə, bu barədə Avstraliya mətbuatı xəbər yayıb.

 

Somali əsilli modelin atası Dada Jama oğlunun ölüm xəbərini təsdiqləyib. Onun sözlərinə görə, bu barədə ona oğlunun dostlarının SMS vasitəsilə məlumat veriblər.

 

Qeyd edək ki, Şarki Jama bir ildən çox idi İŞİD-ə qoşulmuşdu.

Müəllif | Apa.Tv
Apa.tv