Azərbaycanda hava küləkli və yağmurlu olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APATV-yə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə duman, çiskin olacaq.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8, gündüz 14-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında aprelin 17-də bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın  temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  

Müəllif | Apa.Tv
Apa.tv