Suraxanıda ər əvvəlcə arvadını, sonra özünü bıçaqladı

Suraxanıda ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb.

 

31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı, 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailədaxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görən Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv