Zabratda kürəkən qaynata və qaynanasını bıçaqladı

Bakıda ər və arvadı bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

 

Paytaxt sakini Yusif Cəfərov və onun həyat yoldaşı Ofelya İlyasova ağır bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətiriliblər. Hər iki şəxs ağır yaralı olduğundan, dərhal əməliyyat olunub.

 

İlkin mәlumata görә, bıçaqlanan şәxslәrin kürәkәni günorta onlara gәlib vә aralarında mübahisә olub. Amma hadisәnin bu motivdәn baş verib-vermәdiyi hәlәlik mәlum deyil. Faktla bağlı 15-ci polis bölməsində əməliyyat qrupu yaradılıb. Ər və arvadı bıçaqlayan şəxsin axtarışları davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv