İŞİD Bağdad istiqamətində bütün yollara nəzarəti ələ keçirdi

İraqın Rəmadi şəhərində İŞİD silahlılarına növbəti aviazərbələr endirilib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, koalisiya qüvvələri terrorçuların ələ keçirdiyi paytaxt Bağdadın 130 kilometrliyində olan şəhəri və ətraf qəsəbələri bombalayıblar.

 

Bildirilir ki, bu zərbələrdən sonra İŞİD-in irəliləməsinin qarşısı alınıb. Buna baxmayaraq, terrorçular Bağdad istiqamətində əsas magistrallara nəzarəti əldən verməyiblər. Bu isə həmin ərazidə yerləşən yaşayış məntəqələrində olan İraq ordusuna hərbi və tibbi yardım çatdırılmasını çətinləşdirib. Rəmadini minlərlə sakinin tərk etdiyi deyilir. Ağır döyüşlər İraqın şimalında Bəyci şəhərindəki iri neft emalı kompleksi yaxınlığında da davam edir. Bəyci İŞİD-in hədəfində olan əsas regionlardan biridir.

Müəllif | Apa.Tv
Apa.tv