Azərbaycanda dollar ucuzlaşdı, rubl və avro bahalaşdı

Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, yeni kursa əsasən, dolların məzənnəsi ucuzlaşıb, avro və rublun kursunda isə bahalaşma müşahidə olunub.

 

Son günlər bahalaşmaqda olan dolların kursu bu gün 1 dollar / 1,0504 olaraq müəyyənləşib. Yeni kursa əsasən, 1000 rus rublu 21,1 manata satılır, 100 avro isə 113,08 manat dəyərindədir.

 

Qeyd edək ki, son günlər dünya bazarında neftin qiymətinin bahalaşması müşahidə olunur, bu tendensiya avtomatik olaraq Azərbaycanda dolların ucuzlaşmasına təsir göstərir. 

Müəllif | Apa.Tv
Apa.tv