Şəkidə maşın hasara çırpıldı: iki yaralı

Şəkidə baş verən yol qəzasında biri ağır olmaqla iki nəfər xəsarət alıb.

 
APA TV-nin məlumata görə, hadisə Şəki şəhərinin Bəxtiyar Məmmədov küçəsində qeydə alınıb.

 

1993-cü il təvəllüdlü, Şəki şəhər sakini Rəvan Qurban Rəhimov idarə etdiyi "VAZ-2107" markalı 90 HE 067 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı beton hasara çırpıb. Qəza nəticəsində sürücü Rəvan Rəhimov və avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü, Şəki şəhər sakini Orxan Paşa oğlu Cahangirov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar.

 
Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Rəvan Rəhimovun müalicəsi xəstəxanada aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.  Orxan Cahangirovin xəsarəti yüngül olduğundan, ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv