ABŞ-da qətliam: bir ailənin bütün üzvləri öldürüldü

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks şəhərində silahlı insident baş verib.

 

APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, nəticədə beş nəfər ölüb. Onların arasında iki qadın da var.

 

Polisin ehtimalına görə, hadisə məişət zəminində baş verib. "Los-Ancles Tayms" onların adlarının açıqlanmadığını yazır. "Güllələnən ailə üzvlərindən biri qaça bilib, mən qohumların arasındakı mübahisəni eşidirdim" deyə qonşulardan biri polisə bildirib. O əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə qapılar və pəncərələr kodla bağlı vəziyyətdə olub. Onlar xüsusi avadanlıqdan istifadə edərək evə giriblər. Polis kütləvi qətlin ailə üzvü və yaxud yaxın qohum tərəfindən törədildiyini ehtimal edir.

Müəllif | Apa.Tv
Apa.tv