Batan gəmidə dəhşət: müsəlmanlar xristianları dənizə atdı

İtaliya polisi Aralıq dənizində batan gəmidən xilas edilərək ölkəyə gətirilən 15 müsəlman-miqrantı həbs edib.

 

APA TV-nin "Euronews"a verdiyi məlumata görə, onlar hadisə zamanı 12 miqrantı dənizə ataraq öldürüblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslərin yalnız xristian olduqları üçün dənizə atıldıqlarını iddia edir. Ölənlərin Qana və Nigeriyadan olduqları bildirilir. Onlardan biri azyaşlı olub. Saxlanılanlar dini zəmində kütləvi qətl törətməkdə təqsirləndirilirlər. İttiham şahid ifadələri əsasında irəli sürülüb.

 

Xatırladaq ki, hadisə İtaliyanın Palermo şəhərinin yaxınlığında baş verib. İtaliya xilasediciləri batan gəmidəki 550 miqrantdan 150 nəfəri ölkəyə gətiriblər. Bu arada bildirilir ki, son həftə ərzində İtaliyaya qanunsuz yollarla 10 min miqrant gəlib. Onların əksəriyyəti Liviyalıdır. Roma Brüsseldən qaçqınların qəbulu üçün əlavə vəsait ayrılmasını tələb edir.

Müəllif | Apa.Tv
Apa.tv