Oğurluq edən gənc: “Diskotekadan çıxdıq, bir də gördüm mağazanın içindəyəm”

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları oğurluq törətdiklərinə  görə üç nəfər saxlayıblar.

 

APA TV-nin məlumatına görə, saxlanan şəxslərdən ən böyüyünün 23 yaşı var. Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan və Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimov həbs olunub.

 

Samir İbrahimov açıqlamasında oğurluq hadisəsini belə təsvir edib: “Diskotekada idik, içmişdik. Sonra qərara gəldik ki, gedib oğurluq edə”

 

Əməliyyat tədbirləri ilə Samir İbrahimovun Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilib . Davam etdirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs də saxlanılıb.

 

Əjdər Məmmədov oğurluğa necə getdiklərini xatırlamır: “Klubdan çıxdıq, bir də gördüm artıq mağazanın içindəyəm. Çöldə bir nəfər dayanmışdı, biz ikimiz içəridə idik”.

 

Saxlanılan Tərlan Qasımov mağazaya girmədiyini deyir: “Mən iбəri girməmişdim, çöldə idim. Aparatları götürdük, hərəmizə bir aparat düşdü. Bir gün sonra isə tutulduq”.

 

Faktla bağlı araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv