Gəncə bazarında satıcı bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə aprelin 16-da Gəncədə “Kolxoz bazarı” kimi tanınan “Gəncə Bazar” ASC-də baş verib.
Bazarda satıcı işləyən, 1994-cü il təvəllüdlü Təbriz Yaşar oğlu Tağıyev bıçaqlanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
Təbriz Tağıyev Fərid adlı şəxslə dalaşdıqlarını və onun tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.