Bakıda dayı bacısı qızını qətlə yetirdi

Azərbaycan paytaxtında qətl hadisəsi törədilib.

 

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Buzovna qəsəbəsində, Naxçıvani küçəsi, ev 13-də qeydə alınıb.

 

Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı 1996-cı il təvəllüdlü Məlikli Nigar Şikar qızını bıçaqlayaraq qətlə yetirib. Namiq Aslanov hadisəni törətdikdən sonra qaçıb.

 

Hazırda polis onun tutulması istiqamətində tədbirləri davam etdirir.

Müəllif | Apa.Tv
Apa.tv