Gəncədə yaşayış evi yandı
Gəncə şəhərində yaşayış evində yanğın baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kəpəz rayonunda, Mirzağa Əliyev küçəsi, ev 11-də qeydə alınıb.
Ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli 7 otaqlı kürsülü evin 2 otağının yanar konstruksiyaları 62 kvadratmetr sahədə yanıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsinin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.