İŞİD Ərbildə ABŞ konsulluğunu partlatdı

İraqın Ərbil şəhərində ABŞ konsulluğu qarşısında terror aktı törədilib. APA TV-nin məlumatına görə, terrorçu-kamikadze partlayıcı quraşdırılmış avtomobili konsulluq binasının qarşısında partladıb.

 

Partlayış nəticəsində azı 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Türkiyənin Xarici İşlər Nazirliyi ölənlərdən ikisinin Türkiyə vətəndaşı olduğunun ehtimal edildiyini bildirib. Həlak olanların şəxsiyyəti keçirilən ekspertizadan sonra məlum olacaq. Digər terror qurbanının isə Amerika vətəndaşı olduğu bildirilir.

 

Partlayış nəticəsində 12 avtomobil və 30 mağaza yararsız hala düşüb.

 

ABŞ Dövlət Departamenti terror aktı zamanı diplomatlardan heç birinin xəsarət almadığını açıqlayıb.  Departamentin bəyanatında bildirilir ki, Vaşinqton terror aktını pisləyir və İraq hakimiyyəti ilə terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.

 

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

 

Müəllif | Apa.Tv
Apa.tv