Səddam Hüseynin "sağ əli" İraq dağlarında öldürüldü

İraqda edam edilmiş prezident Səddam Hüseynin “sağ əli” hesab edilən üsyançı lider İzzət İbrahim Duri Ərbil vilayətinin Hamrin dağlarında öldürülüb.

 

APA TV-nin məlumatına görə, bu barədə BBC məlumat yayıb.

 

Duri aktiv şəkildə İŞİD-i dəstəkləyən “Nəqşibəndi döyüşçüləri ordusu”na rəhbərlik edib. Duri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən devrilən və İraq məhkəməsinin qərarı ilə 2006-cı ildə edam edilən keçmiş prezident Səddam Hüseynin varisi hesab olunub.

 

Xatırladaq ki, son həftələr “İslam dövləti”nin Ərbil, Babil, Bağdad və Kərkük vilayətlərində mövqeləri zəifləyib.

Müəllif | Apa.Tv
Apa.tv