Danimarka yenə terror aktları ilə hədələndi

Danimarka paytaxtındakı ictimai binalara terror hədələri ilə bağlı vərəqələr yapışdırılıb.

 

APA TV-nin Danimarka mətbuatına istinadən xəbərinə görə, vərəqələri kimlərin yaydığı məlum deyil.

 

"Bu yaxınlarda Kopenhagen və başqa şəhərlərdə terror aktları törədiləcək. Bu aksiyalar 14 fevral hadisələrini kölgədə qoyacaq" - deyə vərəqələrdə yazılıb. Bu vərəqələrdən biri Kopenhagenin "Kruttenden" mədəniyyət mərkəzinin yerləşdiyi binaya yapışdırılıb.

 

14 fevral terror aktı da məhz bu ərazidə törədilmişdi. Ölkənin hüquq-mühafizə və milli təhlükəsizlik orqanları dərhal hərəkətə keçiblər.

Müəllif | Apa.Tv
Apa.tv