Erməni hərbçilər qəzaya uğradı, ölən və yaralananlar var


Ermənistanda hərbi təlimlərdən qayıdan erməni hərbçilər qəzaya uğrayıblar. APA TV-nin “news.am” saytına istinadən yaydığı məlumata görə, hadisə Spitak ərazisində dolama yolda baş verib. İçərisində erməni hərbçilərin olduğu “Ural” markalı maşın dərəyə yuvarlanıb. Hadisə nəticəsində bir hərbçi ölüb, 9 nəfər yaralanıb. Ölən şəxsin maşının sürücüsü, 1995-ci il təvəllüdlü Artem Torosyan olduğu bildirilir. Yaralılardan 3 nəfərin vəziyyəti ağırdır.

Müəllif | Apa.Tv
Apa.tv