Sabirabadda qohumlar arasında dava ölümlə nəticələndi

Sabirabad sakini küt alətlə qətlə yetirilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Sabirabad şəhərində şəhər sakini, 1956-cı il təvəllüdlü Rafiq Abbas oğlu Sultanov münaqişə zəminində bibisi nəvəsi, 1979-cu il təvəllüdlü Şahin Nadir oğlu Hüseynova bıçaqla xəsarət yetirib. Şahin Hüseynov isə ona  küt alətlə zərbə vurub.

 

Nəticədə Rafiq Sultanov hadisə yerində ölüb, Şahin Hüseynov isə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır, stabil qiymətləndirir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

 

 

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı