Ramiz Mirişli I Fəxri Xiyabanda dəfn olundu

Bu gün Bakı Musiqi Akademiyasında bir izdiham yaşanırdı. Hər zaman yubileylərə, dövlət tədbirlərinə, gülən gözlərə, sevinc dolu üzlərə alışan ali təhsil ocağı bu gün yaş içində idi. Hər kəs yaşlı gözləri, sızlayan qəlbi ilə Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasiminə gəlmişdi.

 

"Bir könül sındırmışam" deyib aləmə səs salan 81 yaşlı bəstəkar bu gün milyonlarla könülü sındıraraq sevənləri ilə vidalaşdı.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ramiz Mirişlinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək bildirib ki, bəstəkar Azərbaycan musiqisi tarixində dərin izlər qoyub. Nazir Azərbaycan prezidenti İlham Əliyevin adından mərhumun ailəsinə başsağlığı verib.

 

Ramiz Mirişlini təkcə ata kimi deyil, eyni zamanda özünə dost, sirdaş və böyük qardaş kimi qiymətləndirən mərhumun oğlu Nazim Mirişli bu gün həm də ustadını itirdiyini deyib.

 

Titr

Nazim Mirişli

Ramiz Mirişlinin oğlu

sinx.

 

"Bəstəkarlıq sənətində ilk müəllimim mənim atam olub. Bu gün təkcə atamı itirməmişəm, həm də dostumu, sirdaşımı itirmişəm".

 

Titr

Arif Məlikov

Bəstəkar

sinx.

 

Titr

Azər Zeynalov

xalq artisti

sinx.

 

Titr.

Mənsum İbrahimov

xalq artisti

sinx. 

 

İnterşum.

 

Vida mərasimindən sonra bəstəkar I Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Xatırladaq ki, Ramiz Mirişli 10 gün öncə xəstəxanaya yerləşdirilib, aprelin 17-də - 81 yaşını qeyd etdikdən bir gün sonra isə xəstəxanada dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv