Şimali Kiprdə seçkilər: prezident ikinci turda seçiləcək

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkiləri keçirilib.

 

APA-nın ŞKTC-nin rəsmi Türk Ajansı Kıbrısa (TAK) istinadən xəbərinə görə, prezidentliyə namizədlərdən heç biri seçilmək üçün lazım olan nəticəyə nail ola bilmədikləri üçün seçkinin ikinci turu keçiriləcək.

 

Qeyd edək ki, səsvermənin nəticələrinə görə, Dərviş Əroğlu 28,35%, Mustafa Akıncı 26,8%, Sibel Siber 22,49%, Kudret Özersay 21,25% səs alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv