Seulda nümayişçilər polislə toqquşdu

Cənubi Koreyada ötən il baş verən bərə qəzasının ildönümü ilə bağlı paytaxt Seulda kütləvi aksiya keçirilib.

 

APA TV-nin məlumatına görə, icazəsiz aksiyaya polis sərt şəkildə müdaxilə edib. Nəticədə nümayişçilərlə polis arasında qarşıdurma olub.

 

Prezident sarayına getmək istəyən təxminən 3 min nəfərlik qrupun qarşısını alan polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.

 

Qeyd edək ki, ötən il Cənubi Koreya sahillərində sərnişin bərəsinin batması nəticəsində 304 nəfər ölüb. Qəza ilə əlaqədar gəminin 7 heyət üzvü həbs edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv