Futbol dünyasında ŞOK: 11 azarkeşə ölüm cəzası verildi

Misir məhkəməsi 2012-ci ildə Port-Səid şəhərində keçirilən futbol matçı zamanı baş vermiş iğtişaşlarda iştirak etdiklərinə görə 11 nəfərə ölüm hökmü kəsib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumatına görə, həmin iğtişaşlar nəticəsində 74 nəfər həlak olub. Məhkəmə hökmü canlı yayımda dövlət televiziyası ilə oxunub.

 

Xatırladaq ki, bu hadisələrə görə 2013-cü ildə məhkəmə 21 iştirakçıya ölüm hökmü kəsmiş, 28 nəfər isə bəraət qazanmışdı. Lakin 2014-cü ilin fevralında apelyasiya instansiyası hökmü ləğv edərək işə yenidən baxılmasını tövsiyə etmişdi. İğtişaşlara səbəb futbol meydanında üz-üzə gələn klubların azarkeşlərinin qarşı tərəfi təhqir edən plakatlar qaldırması olub.

 

Müəllif | Apa.Tv
Apa.tv