Bakıda şimal-qərb küləyi gün ərzində daha da güclənəcək - PROQNOZ

Bakıda gecədən başlayan güclü şimal-qərb küləyinin  axşam saatlarına doğru səngiyəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gün ərzində şimal-qərb küləyinin güclənməsi müşahidə ediləcək.
 
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv