“FINCA Azərbaycan” “4X4 Novruz sevinci” lotereyasının qalibinə “Niva Chevrolet” hədiyyə etdi

“FINCA Azərbaycan” “4X4 Novruz sevinci” lotereyasında qalıb gələn Tovuz rayon sakininə qiymətli hədiyyə təqdim edib. APA TV-nin Qərb bürosunun məlumatına görə, bu münasibətlə  təşkilatın Tovuz filialında tədbir keçirilib. “FİNCA Azərbaycan”ın mütəmadi olaraq bayram tədbirlərində kampaniyalar keçirir, bu çərçivədə Novruz bayramı ərəfəsində də “4x4 Novruz sevinci” lotereyasının təşkil olunub.

 

“FİNCA Azərbaycan”ın baş marketinq mütəxəssisi Ələkbər Eyvazlı bildirib ki, bu aksiya müştərilərdə qurum haqqında qayğıkeş təşkilat təsəvvürünü daha da möhkəmləndirəcək: “Mütəmadi olaraq bayramlarda  reklam kampaniyaları keçirilir, bu kampaniyalardan biri də Novruz bayramı ilə əlaqədar kjeçirilən “4x4 sevinci”dir. Sevindirici haldır ki, bu bayram çərçivəsində əsas qaliblərimizdən biri məhz  Tovuz rayonundandır. Kampaniya çərçivəsində 65 qalibimiz var. 64 müştərimiz fərqli bölgələrdəndir. Tovuz rayonundan ümumilikdə 4 qalibimiz var. Qaliblər televizor, planşet, telefon və s. qiymətli hədiyyələr qazanıblar”.

 

Tədbirdə çıxış edən “FİNCA Azərbaycan”ın Tovuz rayon filialının rəhbəri Elnur Fərəcov təşkilatın keçirdiyi lotereya oyununda Tovuz rayon sakininin “Niva Chevrolet” markalı avtomobil udmasının sevinclə qarşıladıqlarını deyib. O qeyd edib ki, daim müştərilərinə yüksək səviyyədə xidmət edən “FİNCA Azərbaycan”ın Tovuz filialı artıq kredit portfelini 10 milyon manata çatdırıb və bundan sonra da müştərilərini sevindirməkdə davam edəcək.

 

“Bu “4x4 Novruz sevinci” kampaniyasında ən böyük priz olan “Chevrolet Niva” avtomobilini Tovuz sakininin udması məni və filialımızın komandasını sevindirdi. Çünki bu, “FİNCA”nın hər zaman əhali arasında dürüst şəffaf və müştərilərə qayğıkeş bir təşkilat kimi tanınmasına nümunədir. Ümidvaram ki, bundan sonra da əhalinin bizim təşkilata etibarı daha da artacaq və bizim onlara göstərdiyimiz bu xidmətlərdən daim yararlanacaqlar”.

 

Tədbirin sonunda “Niva Chevrolet” avtomobilinin açarları Tovuz rayon Əsrik kənd sakini Habil Hüseynova təqdim olunub. Qalib “FİNCA Azərbaycan”ın kollektivinə təşəkkürünü bildirib: “Mən “FİNCA Azərbaycan” dan kredit götürürdüm. Bayramda mənim uduşuma maşın düşdü. İnan bilmirdim ki, əsas uduşun qalibi mən olaram. Zəng elədirlər ki, sizə maşın düşüb, mən də sevindim. Ailəm və öz adımdan Fincanın kollektivinə təşəkkür edirəm”.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli