Heydər Əliyev prospekti bu axşam açılacaq

Heydər Əliyev prospekti əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün bu axşam nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.


Bu barədə APA TV-yə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

 

Bildirilir ki, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmək tövsiyə olunur.

Müəllif | Apa.Tv
Apa.tv