Göyçayda maşının altında qalan 75 yaşlı qadın dünyasını dəyişdi

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APATV-nin yerli bürosunun xəbərinə görə hadisə Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb. Göyçay şəhər sakini 1987-ci təvəllüdlü Abdullayev Əfqan Etibar oğlu idarə etdiyi 99-GC-753 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə hərəkət edərkən yolu keçən piyadanı, 1940-cı il təvəllüdlü Babayeva Həmidə Mustafa qızını vurub. Hadisə ötən gecə saat 22:00 radələrində küçənin işıqlanmayan hissəsində baş verib. 75 yaşlı qadın aldığı ağır xəsarətlər səbəbindən Göyçay Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib. 

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov