Bakı Su İdmanı Sarayının rəsmi açılışı oldu

Bu gün Bakı Su İdmanı Sarayının açılışı olub. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra prezident və xanımı Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar.

 

Gənclər və idman naziri Azad Rəhimov görülən işlər barədə məlumat verib. Bildirilib ki, altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək.

 

Sonra prezident və xanımı Su İdmanı Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış olublar.

Müəllif | Apa.Tv
Apa.tv