Bərdə sakinindən marixuana götürüldü

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini saxlanıb.

 

Bərdə Rayon Polis Şöbəsindən APA TV-nin Qarabağ bürosuna verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayon sakini Tələt Allahyar oğlu Cəfərovun üzərinə baxış keçirilib.

 

Onun cibindən 10 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, o, təxminən 400 qrama qədər narkotik vasitəni yaşadığı yerin yaxınlığında Tərtər çayının sahilində atılmış köhnə avtomobil kuzovunun içərisində gizlədib. Həmin əraziyə baxış keçirən asayiş keşikçiləri 395 qram narkotik vasitəni aşkarlayaraq, maddi sübut kimi istintaqa təhvil veriblər.

 

Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, polis mayoru Rəhim Ağamalıyevin sözlərinə görə, Tələt Cəfərov əvvəllər də məhkum olunub. Onun sonuncu məhkumluğunun çəkilməmiş 3 ay 20  günü qalır.

 

Təqsirləndirilən şəxs ailəlidir, iki azyaşlı övladı var.

Müəllif | Apa.Tv
Apa.tv