Maşın arakəsməyə çırpıldı, sürücünün meyiti parça-parça oldu

Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik maşını ötmə əməliyyatı həyata keçirərkən “Mercedes” markalı avtomobilə çırpılıb və sürücü avtomaşına nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir arakəsmələrə çırpılıb. Zərbənin gücündən avtomobilin salonuna girən dəmir parçaları sürücünün bədənini ikiyə bölüb və o, faciəli şəkildə ölüb.

 

Hadisə zamanı “Mercedes”in də sürücüsü xəsarət alıb. Qəza avtomagistralda tıxaca səbəb olsa da, polis əməkdaşları tərəfindən hərəkət qısa zamanda nizamlanıb.

 

Hadisənin səbəbləri və dünyasını dəyişən sürücünün şəxsiyyəti Yasamal Rayon Polis İdarəsində araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv