ABŞ Yəmən sahillərinə təyyarədaşıyan gəmi göndərdi

ABŞ hərbi-hava qüvvələri təyyarədaşıyan gəmi və raket kreyserini Yəmən sahillərinə göndərib.

 

APA TV-nin məlumatına görə, “Reuters”in Pentaqon rəsmisinə istinadən yaydığı xəbərdə deyilir ki, məqsəd təhlükəsizliyi təmin eləməkdir. Pentaqon rəsmisi gəmilərin komandanlığı qarşısında İran tərəfindən bu ölkəyə gətirilən silahları ələ keçirmək hədəfi qoyulduğunu təkzib edib.

 

ABŞ Hərbi-Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsi isə etiraf edib ki, gəmilər şiə üsyançılarına (husilər) İran tərəfindən mümkün silah ötürülməsinin qarşını almalıdır.

 

Məlumata görə, “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi və “Normandiya” kreyseri Ərəb dənizinə ötən bazar göndərilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və daha bir neçə ərəb ölkəsi ABŞ-ın dəstəyi ilə Yəməndəki husilərə qarşı hərbi əməliyyat keçirir. 

Müəllif | Apa.Tv
Apa.tv