Xarkovun mərkəzində güclü partlayış törədildi - VİDEO

Ukraynanın Xarkov şəhərində güclü partlayış baş verib.

 

APA TV-nin Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, partlayış şəhərdəki Dovjenko adına kinoteatrın yaxınlığında qeydə alınıb.

 

Hazırda ərazi milisin tam nəzarətindədir. Sakinlər bildirir ki, partlayış kinoteatrla üzbəüz yerləşən yaşayış binasının həyətində ağ rəngli avtomobildə quraşdırılan qurğunun işə salınması ilə törədilib. Nəticədə yanğın baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

 

Xatırladaq ki, bir müddət əvvəl Xarkov rəhbərliyi şəhərdə baş verə biləcək terror aktlarının qarşısını almaq məqsədilə icazəsiz istənilən etiraz aksiyası və mitinqin keçirilməsini qadağan edib.

Müəllif | Apa.Tv
Apa.tv