Bakıda İran vətəndaşı arvadının başını çəkiclə əzdi

Aprelin 18-də Bakıda əcnəbi ölkə vətəndaşı həyat yoldaşına xəsarət yetirib.

 

Lent.az-ın məlumatına görə, Nəsimi rayonu İ.İsmayılov küçəsində yerləşən mənzildə İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Rəsul Abdulla oğlu Həsənzadə həyat yoldaşı, 1987-ci il təvəllüdlü Sevinc İsgəndər qızı Əsgərzadəyə küt alətlə xəsarətlər yetirib. O, xanımının başına çəkiclə çoxsaylı zərbələr endirib.

 

Sevinc Əsgərzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv