Dağıstanda "Qafqaz Əmiri"nin gizləndiyi ev belə partladıldı - REAL GÖRÜNTÜ

Rusiyanın hüquq-mühafizə orqanları "Qafqaz Əmirliyi" terror təşkilatının liderini məhv etdikləri barədə məlumat yayıblar.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat Dağıstanın Gerey-Avlak kəndində keçirilib.

 

Milli Antiterror Komitəsi silahlıların həmin yaşayış məntəqəsindəki evlərin birində gizləndikləri barədə informasiya ötürülüb. Dərhal əməliyyata başlanılıb və həmin ev mühasirəyə alınıb. Terrorçular silahlı müqavimət göstəriblər. Onlar təslim olmaq təklifinə etiraz edib və əməliyyatçılara atəş açmaqda davam ediblər. Nəticədə onların olduğu ev partladılıb.

 

Evdə gizlənən 5 terrorçu məhv edilib. Rusiya xüsusi xidmət orqanları bildirir ki, "Qafqaz əmiri" Əliəzhəb Kebekov Doku Umarovun öldürülməsindən sonra terror təşkilatının başına keçib. O, 2013-cü ildə Volqoqradda törədilən terror aktının hazırlanmasında və həyata keçirilməsində də təqsirləndirilirdi. Əiəzhəb Kebekov qruplaşmanın maliyyə məsələlərini də nəzarətində saxlayıb. Onun Soçi Qış Olimpiadası zamanı səsləndirdiyi çağırışlar hakimiyyəti ciddi təşviş altında saxlayıb.

Müəllif | Apa.Tv
Apa.tv