"Kreml partladılacaq!" xəbərini yayan erməni cərimələndi

Soçi məhkəməsi Kremldə terror aktı törədiləcəyi ilə bağlı polisə yanlış məlumat verən Ermənistan vətəndaşını cərimələyib.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 37 yaşlı Aşot Arakelyan adlı erməni əməlinə görə bir neçə ay təcridxanada saxlanılıb.

 

"Məhkəmə qərarına görə, Rusiya Federasiyası ərazisində qanunsuz yaşayan Aşot Arakelyan növbətçi hissəyə zəng vuraraq bu təxribatı törədib. Onun Kremldə partlayış baş verəcəyi ilə bağlı məlumat yaymasında əsas məqsədi ictimai diqqəti öz üzərinə cəlb etmək istəməsi olub" - deyə bildirilir. Əvvəlcə məhkəmə onu 100 min rubl məbləğində cərimələsə də sonradan qərar dəyişdirilib və cərimə 20 min rubla endirilib.

Müəllif | Apa.Tv
Apa.tv