Avropa Oyunları zamanı Bakıda avtomobillər buraxılış vərəqəsi olmadan hərəkət edəcək - QƏRAR

Son bir neçə gün ərzində paytaxt ətrafı qəsəbələr üzrə fəaliyyət göstərən marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik edilib. Hazırda metronun «Koroğlu» stansiyası yaxınlığına gələn marşrutlar hazırda metronun “Qara Qarayev” stansiyası ətrafından hərəkət edirlər.

 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, I Avropa Oyunları ilə əlaqədar paytaxtdaxili və Bakı ətrafı qəsəbələrdən paytaxta gələn avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Lakin hələlik mərkəz tərəfindən belə bir addım atılmayıb. Əgər hər hansı marşrut xəttində dəyişiklik baş veribsə, bu, həmin avtobus sahiblərinin özləri tərəfindən edilib.

 

Eyni zamanda I Avropa Oyunları zamanı Bakıda avtomobillərin (buraxılış vərəqəsi) lisenziyalaşdırılması təşəbbüsü də icra edilmədən ləğv edilib. Bakı şəhər İcra Hakimiyyətindən APA TV-yə verilən məlumatda bildirilir ki, paytaxt sakinləri Avropa Oyunları zamanı avtomobillərindən park etmədən sərbəst şəkildə istifadə edə biləcəklər. Lakin qanunsuz ərazilərdə park edilən avtomobillər xəbərdarlıq edilmədən evakuator vasitəsilə götürüləcək.

 

Müəllif | Apa.Tv