Sabah Azərbaycanda hava küləkli və yağıntılı keçəcək

Aprelin 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 22-23-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif | Apa.Tv
Apa.tv