Məhəmməd Mursiyə 20 il həbs cəzası verildi

Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə 20 il həbs cəzası verilib. O, etiraz aksiyalarında baş vermiş ölüm hallarına görə günahlandırılır.

 

Xatırladaq ki, Məhəmməd Mursi 1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulub. 2000-ci ildə parlamentə deputat seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilən Məhəmməd Mursi 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.

 

Məhəmməd Mursi Misirin seçilmiş ilk prezidenti olub.

Müəllif | Apa.Tv
Apa.tv