İstiqlal Muzeyində “Generalın yolu” adlı tədbir-sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında general Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr edilmiş “Generalın yolu” adlı tədbir-sərgi keçirilib.

 

Tədbir Prezident İlham Əliyevin 2014-cü il 20 noyabr tarixli “General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil olunub.

 

Sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər tamaşaçılara təqdim olunub.

 

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Müdafiə Nazirliyinin şöbə müdiri, polkovnik Nazim Əhmədov, Əliağa Şıxlinskinin qohumu Ziya Şıxlinski, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov və digər qonaqlar çıxış ediblər. Sərgidə Ə.Şıxlinskinin ailə üzvləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Sərhəd Qoşunların, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv