Zərdab sakini qonşusunun evindən oğurluq etdi

Zərdab rayon sakini qonşusunun evindən oğurluq edib.

 

APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Rza Bayramov evindən pul və qızıl-zinət əşyaları oğurlanması barədə rayon polis şöbəsinə məlumat verib.

 

Zərdab Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış-tədbirləri nəticəsində Rza Bayramovun qonşusu, 1990-cı il təvəllüdlü İntiqam Məmmədov saxlanılıb. İlkin dindirmə zamanı İntiqam Məmmədov oğurluğu borclarını ödəmək üçün etdiyini deyib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Zahid Abışov