Gəncədə "Mercedes"lə "VAZ-2107" toqquşdu
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Vəli Xuluflu küçəsində qeydə alınıb.
“Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”də olan sərnişin, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elmin Məmmədov və “VAZ-2107” markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Cəfər Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.