İŞİD 11 əsgəri edam etdi
İŞİD terror təşkilatı İraqın Səlahəddin əyalətində 11 İraq hərbçisini edam edib. APA TV-nin məlumatına görə, bu haqda "Press TV" xəbər yayıb.
İnternetə yerləşdirilən şəkillərdə narıncı paltar geyindirilmiş iraqlılar maskalı silahlı döyüşçülər tərəfindən edam edilib. Hərbiçilər sıraya düzülərək yerə oturdulub və silahlılar tərəfindən güllələnib.