Bakıda iki yeniyetməni elektrik cərəyanı vurdu
Ötən gecə Bakıda iki yeniyetməni elektrik cərəyanı vurub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu və Pirallahı rayonlarında qeydə alınıb.
Sabunçu rayonu Elşən Mehdiyev küçəsi 30-da yaşayan 14 yaşlı İlkin Vəli oğlu Rabilovu elektrik cərəyanı vurub. Belə ki, yeniyetmə evə gedərkən əlini işıq transformatoruna vurub. Nəticədə onu elektrik cərəyanı vuraraq bir neçə metr kənara tullayıb. İlkin Rabilov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Eyni diaqnozla Pirallahı rayonunun “Xaşaxuna bağları” adlanan ərazidə yaşayan 15 yaşlı Orxan Əlisahib oğlu Məmmədzadə də xəstəxanaya gətirilib. Yeniyetmə həyətyanı sahədə oynayan zaman elektrik naqili qırılaraq onun üzərinə düşüb. Atası Əlisahib Məmmədzadə oğluna kömək etmək istəyərkən cərəyan onu da vurub. Xəstəxanadan verilən məlumata görə, Orxan Məmmədzadənin vəziyyəti orta ağırdır. Atası Əlisahib Məmmədzadə isə ambulator müalicəyə buraxılıb.